Ərdoğan qardaşı qızının nikah şahidi oldu

Ərdoğan qardaşı qızının nikah şahidi oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaşı Mustafa Ərdoğanın qızı Sevdə Ərdoğanın toy mərasiminə qatılıb.
Gununsesiaz.info xəbər verir ki, Türkiyə lideri toyda xanımı Əminə Ərdoğanla birgə iştirak edib.
Ərsin Özsoy adlı bəylə evlənən S. Ərdoğanın nikah şahidi Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop, Xəzinə və Maliyyə naziri Barat Albayraq və xanımı Əsra Albayraq, TBMM-nin sabiq sədri Binəli Yıldırım və İsmail Qəhraman olublar.
Cütlüyü təbrik edən Ərdoğan daha sonra kəbin kağızını onlara təqdim edib.
Gununsesiaz.info

COMMENTS