Əməkdar artistin avtomobili qarət edildi- VİDEO

Əməkdar artistin avtomobili qarət edildi

Əməkdar artist Mədəniyyət kanalının “Səhər Çağı” verilişinin aparıcısı Elnur Kərimovun avtomobili soyğuna məruz qalıb.

Bu barədə Elnur Kərimov özü məlumat yayıb. Jurnalist öz sosial şəbəkə hesabında yararsız hala salınan avtomobilinin görüntülərini paylaşıb.

Elnur Kəriomov Gununsesi.org-a açıqlamasında qeyd edib ki, hadisə Yasamal rayonunun Şəfaət Mehdiyev küçəsində törədilib.

Faktla bağlı polis orqanlarına müraciət edilib. Hüquq-mühafizə orqanları əməkdaşları əl və qan izlərini götürərək məsələ ilə bağlı araşdırmalara start verib.

 

Gununsesi.org

COMMENTS